4 Noyabr 13:06

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq cari ilin oktyabr ayında elan edilmiş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun 14 noyabr 2015-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və 1 dekabr 2015-ci il tarixində başa çatdırılması qərara alınıb.

Bir daha xatırladılır ki, hazırkı müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, ərizə nazirlikdə və ya regional ədliyyə şöbələrində, yaxud poçt vasitəsilə də təqdim edilə bilər.

Eyni zamanda müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə noyabr ayının 16-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edilir. Bununla əlaqədar namizədlər birbaşa Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon: (012) 493-71-31).

Həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində yerləşdirilib, eyni zamanda bu sənədlər nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.

 

Bununla belə, ərizə aşağıda göstərilən ünvanlarda, yaxud poçt vasitəsilə də təqdim edilə bilər:

– Nazirliyin inzibati binasında,
(Bakı şəhəri, İnşaatçılar prospekti 1, tel.: (012) 538-01-62, 537-05-90);
– Şəki regional ədliyyə şöbəsində,
(Şəki şəhəri, 20 yanvar küçəsi 94, tel.: (02424) 4-32-18);
– Sumqayıt regional ədliyyə şöbəsində,
(Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11, tel.: (01865) 4-50-91);
– Şirvan regional ədliyyə şöbəsində,
(Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, tel.: (02121) 5-15-66);
– İmişli regional ədliyyə şöbəsində,
(İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, tel.: (02124) 6-26-94);
– Xaçmaz regional ədliyyə şöbəsində,
(Xaçmaz şəhəri, H.Əliyev prospekti 17, tel.:  (02332) 5-18-88);
– Göyçay regional ədliyyə şöbəsində,
(Göyçay şəhəri, Nizami küçəsi 111, tel.: (02027) 4-30-41);
– Lənkəran regional ədliyyə şöbəsində,
(Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15, tel.: (02525) 4-26-72);
– Bərdə regional ədliyyə şöbəsində,
(Bərdə şəhəri, H.Əliyev prospekti 77, tel.: (02020) 5-43-07);
– Şəmkir regional ədliyyə şöbəsində,
(Şəmkir şəhəri, H.Əliyev prospekti 2, tel.: (02230) 5-48-81);
– Gəncə regional ədliyyə şöbəsində,
(Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi,  28 may küçəsi, tel.: (022) 254-48-21)

Test imtahanından uğur qazanmış namizədlərin “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Eyni zamanda bildiririk ki, mövcud təcrübəyə əsasən əvvəlki illərdə olduğu kimi hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulmuşdur.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)