Əlçatan təhsil – Əlçatan gələcək

Əziz gənclər,

Y-PEER Azərbaycan şəbəkəsi sizi “Əlçatan Təhsil-Əlçatan Gələcək” təlim kursunda iştiraka dəvət edir!
Təlimin əsas məqsədi inkluziv təhsillə bağlı məlumatlandırma, əlilliyi olan uşaqlarla işləyərkən, onlara olan düzgün pedeqoji yanaşma və davranışın inkişaf etdirilməsidir.
3 günlük təlim zamanı, iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcək və bu təcrübəni öz həmyaşıdları ilə paylaşmaq şansı əldə edəcəklər.

Dil: Azərbaycan dili
Gün: 18-20 fevral, 2016-ci il
Vaxt : hər gün 13 :00-17 :00
Yer : Qafqaz Universiteti

-Pedoqoji təhsil alanlar və ya pedoqoji təhsili olanlar;
-Əlilliyi olan uşaqlarla çalışarkən yeni yanaşma və bacarıqlar öyrənmək istəyən hər kəs müraciət edə bilər.
Qeydiyyatdan keçmək üçün 12 Fevral 2016-ci il tarixinədək, aşağıdakı müraciət formasını doldurmağınız xahiş olunur. Qafqaz Universitetinin tələbələrinə üstünlük veriləcək.

Müraciət forması:
https://docs.google.com/forms/d/1NIYMFifMh7BRuRjhVaBJyRuYfoGPNf1TLf1SaRGYN3A/viewform

Kriteriyalardan uğurla keçənlərə 15 fevral tarixinə qədər məlumat veriləcək. Təlimdə iştirak ödənişsizdir. İştirakçılar coffee break və sertifikatla təmin olunacaqlar.

Əlavə sulları olanlar [email protected] ünvanına yaza bilərlər.

Bir cavab yazın

Back to top button