“Ənənədən gələcəyə”

“Ənənədən gələcəyə”

Mərdiyeva Nurbəniz Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 01 noyabr 2015 – 01 fevral 2016-cı il tarixlərində həyata keçirdiyi “Ənənədən gələcəyə” adlı layihənin icrasını başa çatdırmışdır. Layihənin məqsədi- xalqımıza məxsus mədəniyyət nümunələrini müasir geyimlərlə sintez etməklə zamanımızda gənclərimiz arasında xalça naxışların, qədim sənət növü olan tikmə, toxumanın təbliğ etməsi və bu vasitə ilə, gənclərimizə milli irsimizi sevdirmək, bu sənət növlərinin dəyərini göstərmək və gələcək nəsillərə ötürməkdən ibarət idi. Layihə çərçivəsində 10-dan artıq milli naxışlı müasir geyimlər hazırlanmışdır. Həmin naxışlar qədim xalçalarımızdan götürülmüşdür, çünki, milli naxışlarımızın bir çoxu xalqın inanclarını, məişətini, təbiət və kainatdakı çeşidli varlıqlarını simvolizə edir, digər tərəfdən – mücərrəd həndəsi formaların çoxvariantlı konfiqurasiyalarını və rəng ahəngdarlığını özündə əks etdirir. Bu rəngarənglik xalqın şən əhval- ruhiyyəli olmasını istiqanlılığını, qonaqpərvərliyini, humanistliyini və s. göstərir. Yuxarıda qeyd etdiyilərimizi nəzərə alaraq, hazırlanmış müasir geyimlərdə insan, dəvə fiquru, buta- balalı, küsülü buta və həndəsi formalardan istifadə olunmuşdur. Geyimlər hazır olduqdan sonra dəvət olunmuş modellərin, gənc modelyerlər , QHT nümayəndələri , ictimaiyyət və bu sahə ilə maraqlanan gənclərin iştirakı ilə sərgi keçirilmişdir. Tədbirdə layihə rəhbəri Nurbəniz Mərdiyeva öz çıxış nitqində layihənin məqsədi, gedişatı və görülən işlər haqqında söz açmış, gənclərimizi müasir geyimlərdə milli naxışlarımıza üstünlük verməsinə, bununla da milli irsimizi qoruyub, təbliğ etmələrinə çağırmış və bu layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirmişdir . Geyimlərin sərgisi iki gün davam etmişdir.

12399311_912951135478701_1160343876_n 12595942_912950958812052_895553355_n 12647691_912951042145377_1029311461_n 12647861_912950928812055_1354889827_n 12650623_912950942145387_957644175_n 12650776_912950998812048_1083225366_n 12659819_912950972145384_715183820_n 12660258_912950955478719_1108597530_n 12660489_912950912145390_1428512015_n 12674636_912950968812051_1865604909_n 12695826_912950935478721_1913489322_n 12695990_912951102145371_1225816599_n

 

Bir cavab yazın

Back to top button