Ən Zəkalı Bir İnci

DÖVLƏT VƏ ÖZƏL ALİ MƏKTƏBLƏRİN BAKALAVR TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!!!
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev bu ili “Multikulturalizm ili” təyin etməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, “Galaxy Group” Təhsil Mərkəzi və ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatlarə İttifaqı) sizin üçün möhtəşəm layihəyə imza atdı.Olimpiadada iştirak hüququna Azərbaycan Respublikasının bütün dövlət və özəl universitetlərinin I,II,III kurs tələbələri malikdirlər.
Olimpiada 3 mərhələdən ibarət olmaqla,I mərhələ 28 may, II mərhələ 15 iyun,III mərhələ (mükafatlandırma) 26 iyunda keçiriləcəkdir.
Müsabiqə iki mərhələdə topladıqları ümumi bal ( balların cəmi ) əsasında aparılır.Müsabiqənin 28 may Respublika gününə həsr olunmuş birinci mərhələsində bakalavrın test üsulu ilə ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür ) , informatika fənnini və xarici dil ( ingilis dili, rus dili ) və multikulturalizm haqqında bilmə səviyyəsi yoxlanılır.15 iyun Milli Qurtuluş gününə həsr olunmuş ikinci mərhələdə isə dünyagörüşü və ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür ) üzrə bilikləri yoxlanılacaqdır.28 mayda tarixində nəzərdə tutulmuş birinci mərhələ 12:00-da başlayacaqdır.Bakalavrlar 11:00-dan gec olmayaraq şəxsiyyət vəsiqələri ilə imtahan keçirililəcək mərkəzdə olmalıdırlar.İmtahan 2.5 saat (150 dəqiqə) davam edəcək.Birinci mərhələdə bakalavra 100 test ( məntiqi təfəkkür -40, informatika 20, multikulturalizm -20, ingilis dili -10, rus dili -10 ) təqdim olunacaq.Bir test 1 balla qiymətləndirilir və yanlış cavablandırılmış test sualı doğru cavablara təsir etmir.Birinci mərhələdən yüksək bal toplayan ilk 100 nəfər ikinci mərhələyə buraxılacaqdır.
15 iyun tarixində keçiriləcək ikinci mərhələ 11:00-da başlayıb 1.5 saat (90 dəqiqə) davam edəcək.Bakalavrlar 10:00-dan gec olmayaraq şəxsiyyət vəsiqələri ilə imtahan keçirililəcək mərkəzdə olmalıdırlar.İkinci mərhələdə bakalavrlara 40 sual ( dünyagörüşü 25 test , məntiqi təfəkkür 15 sual) təqdim olunur.Dünyagörüşü üzrə testlər 1 balla qiymətləndirilir.Məntiqi təfəkkürdən isə açıq testlərdə hər düzgün cavab 1 balla, hər izahlı düzgün cavab 2 balla qiymətləndirilir.Yanlış cavablandırılmış test sualı doğru cavablara təsir etmir.
Birinci mərhələdə Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərdə alınır :
-ümumi intellekt səviyyəsi üzrə testdən toplanan bal ;
– xarici dil üzrə testdən toplanılan bal ;
– multikulturalizm üzrə testdən toplanılan bal ;
– informatika üzrə testdən toplanılan bal ;
26 iyun Silahlı qüvvələr günündə III mərhələ olan mükafatlandırma mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdur.Olimpiadada iştirak edən hərkəs dəvətlidir.

 

Qeydiyyat

Bir cavab yazın

Back to top button