“Əsl insan haqqında robotların nağılları” tamaşası

Əsl insan haqqında robotların nağılları.

1 saat | 8+ | dil: rus

“Əsl insan haqqında robotların nağılları”, tamaşa, 8 yaşından yuxarı uşaqlar üçün

YARAT FreeStyle və “Baku detyam” böyük məmnunluqla Sizi “Əsl insan haqqında robotların nağılları” adlı uşaq tamaşasına dəvət edir.

“Trikster teatrı” (Moskva) – iki dəfə “Qızıl maska” mükafatının laureatları, Vyaçeslav İqnatov və Mariya Litvinov tərəfindən 12 il bundan əvvəl təsis edilib.

O, sevgiyə görə insan oldu. Bəs sən nə etməyə hazırsan?
Yazıçı-fantast Stanislav Lemin əsərlərinin motivləri əsasında hazırlanmış, robotlar və insanlar haqqında hekayə. Tamaşanın müəllifləri, Maşa Litvinov və Slava İqnatov, kalkulyatorlar, saat mexanizmləri və digər cihazların dişli çarxları və boltlarından miniatür mexaniki vertep (tamaşalar göstərmək üçün içində kuklalar olan qutu) hazırlayıblar və burada, sevimli robotlar uşaqlara insanlar haqqında nağıllar danışırlar.

Stanislav Lem insanların yerinin robotlar tərəfindən tutulduğu, orta əsrlərə aid xəyali bəşəriyyəti təsvir edir. Bu nağıllarda, bəşər övladı insan, qalaktikalararası məkanda öz əfsanəvi planetlərində yaşayan, son dərəcə gözəl və mükəmməl robotlar irqinə qarşı qoyulan, əcaib və təhlükəli bir varlıq kimi təsəvvür olunur.

Kuklalar, dekorasiyalar və kostyumların bədii həlli stimpank üslubunda hazırlanıb.

24 sentyabr 2016 | saat 14:00 və 18:00

YARAT Müasir İncəsənət Mərkəzi
(Dövlət Bayrağı Meydanı yaxınlığında)
Tel. (+99412) 505 14 14

Bir cavab yazın

Back to top button