9 Mart 06:45

“Ətraf mühitin mühafizəsinin hüquqi məsələləri” mövzusunda seminar

IDEA İctimai Birliyi “Ətraf mühitin mühafizəsinin hüquqi məsələləri” mövzusunda seminar elan edir. Seminar 15 mart tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA-nın Resurs Mərkəzində baş tutacaqdır.

Seminarda ekoloji tarazlığın mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, bioloji müxtəlifliyin qorunub saxlanılması istiqamətində əsas tutulan qanunlardan və təbiətdən istifadənin səmərəli təşkilindən bəhs olunacaqdır. Həmçinin seminar zamanı ətraf mühitə vurulan zərərlərə görə fiziki və hüquqi şəxslərə tətbiq edilən cəzalar da müzakirə olunacaqdır.

Seminarda iştirak etmək istəyən şəxslərdən CV-lərini 14 mart 2016-cı il tarixinə qədər “elmi proqram” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün:
Tel.: +(994 12) 4976316

Bəyən və paylaş

Rəylər

rəy(lər)