30 Sentyabr 19:39

1-ci Azərbaycan Budo (yapon döyüş sənətləri) Festivalı keçiriləcək

Sizləri səfirliyimizin növbəti tədbiri olan 1-ci Azərbaycan Budo (yapon döyüş sənətləri) Festivalına dəvət etmək istərdik. Tədbir 5 oktyabr (şənbə), 2019-cu il tarixində saat 12:00-da Bakı İdman Zalında (Neftçilər prospekti 26 A, Bakı Dənizkənarı Bulvar, Azneft dairəsinin yanı) Yaponiya Səfirliyi və müvəqqəti yaradılmış 1-ci Azərbaycan Budo Festivalı Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı, JTI Azərbaycan, Toyota Bakı Mərkəzi, YAR Energy və Travelaze şirkətlərinin dəstəyi ilə keçiriləcəkdir.
<Festival haqqında məlumatlar>
Tədbirin rəsmi hissəsi rəsmilərin nitqləri (Yaponiya səfiri, Gənclər və İdman Nazirliyi və digər nitqlər) ilə başlayaraq Azərbaycanda fəaliyyət göstərən federasiyalar (Azərbaycan Karate-dp Federasiyaları Assosiasiyası, Cüdo Federasiyası, Aikido Federaiyası, Ciu-citsu Federasiyası, Sumo Federasiyası, Azərbaycan Kendo Təşkilatı və Gürcüstandan gələcək bir neçə idmançı tərəfindən yapon döyüş sənətlərinin nümayişi olacaqdır.  Bu festivalda məşhur yapon döyüş növləri olan karate, cüdo, ciu-citsu, aikido, kendo, iaido və sumo nümayişlləri ilə birgə yapon rəqsi izləyə və yapon mədəniyyəti ilə bağlı stendlər ilə tanış ola biləcəksiniz.
※ Qoşmada tədbirin flayerinə baxa bilərsiniz.
Tədbirə giriş sərbəst olub, heç bir biletə və ya dəvətnaməyə ehtiyac yoxdur.  Tədbir Bakı Bulvarında yerləşən Bakı İdman Zalında olub, məkana giriş saat 11:00-dan olacaqdır. Rəsmi hissə saat 12:00-dan başlayacaqdır deyə, məkana mütləq olaraq daha öncə gəlməyiniz xahiş olunur.
Bəyən və paylaş

Rəylər

rəy(lər)