“1 Gənc – 1 Hekayə – 1 Uğur” layihəsi

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ADA” Universitetinin təşkilati dəstəyi ilə keçiriləcək “1 Gənc – 1 Hekayə – 1 Uğur” layihəsi 2016-ci ildə ilk tədbiri ilə qarşınızdadır.

“1 Gənc – 1 Hekayə – 1 Uğur” layihəsinin növbəti qonağı 2000-2002-ci illərdə Vaşinqton Universitetində Sosial və İqtisadi İnkişaf üzrə Magistr təhsili almış, magistr təhsilini bitirdikdən sonra 2003-cü ildə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyini təsis etmiş və sədri kimi fəaliyyət göstərmiş, 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində İE Biznes Məktəbində Biznesin idarə edilməsi Qlobal Menecment üzrə magistr təhsili almış və 2007-ci ilin yanvar ayından ADA Universitetinin prorektoru Fariz İsmayılzadədir.

Layihə 18 fevral, saat 17:30-da “ADA” Universitetində baş tutacaqdır.

Nəzərinizə çatdıraq ki, sonuncu suala ən dolğun və maraqlı cavab verən şəxs hədiyyə qazanacaq.

Müraciət üçün son tarix 17 fevraldır (15:00).

Qeydiyyat

Bir cavab yazın

Back to top button