5 Mart 15:27

“1 Gənc – 1 Hekayə – 1 Uğur” layihəsinin növbəti görüşü baş tutub

“ASAN Könüllüləri” Təşkilatı  İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəv dəstəyi ilə keçirilən  “1 Gənc – 1 Hekayə – 1 Uğur”  layihəsinin növbəti görüşü baş tutub.

 

Layihəsinin  budəfəki qonağı Azərbaycanın ən gənc alimi,  Bakı Ali Neft Məktəbində Bərpaolunan Enerji Mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov olub.  3 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunan görüşdə, qonaq karyera və təhsildə uğur qazanmağın sirrini gənclərlə bölüşüb və onların suallarını cavablandırıb. Tədbirin sonunda “uğuru bir cümlə ilə ifadə et” müsabiqəsinin qalibi təşkilat tərəfindən hədiyyə ilə mükafatlandırılmışdır.

 

Qeyd edək ki, ASAN Könüllüsü Bəxtiyar İslamovun  ideya müəllifi olduğu bu layihənin əsas məqsədi şəxsi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir.Layihə silsilə şəkilli görüşlərdən ibarət olacaq və  layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər.

9e92a7a9-3a3e-405b-8654-b323ad39e236 988b518a-cf08-4ac3-8eb2-6116bda51c6f 842656e6-1e1d-429d-b38b-2bdfd6df2851

Bəyən və paylaş

Rəylər

rəy(lər)