3 Dekabr 22:39

“10 DEKABR İNSAN HÜQUQLARI GÜNÜ”NƏ HƏSR OLUNMUŞ HÜQUQ OLİMPİADASI

Hüquq təhsili alan bütün bakalavrların nəzərinə!!!
Təhsil aldığınız ali təhsil müəssisəsindən asılı olmayaraq, DİA Hüquq Klubu Prestij-S Tədris Mərkəzinin dəstəyi ilə sizləri öz hüquqi biliklərinizi sınamaq üçün ideal fürsət olan , -“10 Dekabr İnsan Hüquqları Günü”nə həsr olunan Hüquq olimpiadasına dəvət edir.
İki- test və yazılı mərhələdən ibarət olacaq olimpiadanın qaydalarını və şərtlərini nəzərinizə çatdırırıq:

İLK -test mərhələsində :
1-ci kurslara dövlət və hüquq nəzəriyyəsi ,konstitusiya hüququ və hüquqi dünyagörüşü üzrə;
2-ci kurslara dövlət və hüquq nəzəriyyəsi, konstitusiya hüququ,ümumi hissə-cinayət hüququ, ümumi hissə-mülki hüquq və hüquqi dünyagörüşü üzrə;
3-cü kurslara dövlət və hüquq nəzəriyyəsi, konstitusiya hüququ, cinayət hüququ,mülki hüquq, əmək hüququ,ümumi hissə-cinayət prosesual hüquq və hüquqi dünyagörüşü üzrə;
4-cü kurslara-dövlət və hüquq nəzəriyyəsi, konstitusiya hüququ, mülki və mülki prosessual, cinayət və cinayət prosessual hüquq ,əmək hüququ və hüquqi dünyagörüşü üzrə
50 sual təqdim olunacaq.
NÖVBƏTİ- yazılı mərhələdə:
1-ci kurslara dövlət və hüquq nəzəriyyəsi və konstitusiya hüququ üzrə;
2-ci kurslara cinayət hüququ (ümumi hissə ) və mülki hüquq (ümumi hissə) üzrə;
3-cü kurslara cinayət və mülki hüquq üzrə ;
4-cü kurslara mülki hüquq və cinayət prosessual hüquq üzrə 2 sual təqdim olunacaq.
Ümumilikdə bütün kurslar üzrə ən yüksək bal toplayan 3 tələbə olimpiada qalibləri hesab olunacaq:
1-ci yerin qalibi-100 AZN
2-ci yerin qalibi -70 AZN
3-cü yerin qalibi-50 AZN dəyərində mükafatlandırılacaq.
Olimpiadada iştirak etmiş bütün tələbələr diplom və sertifikatlarla təltif olunacaqlar.
Əziz hüquq tələbələri, əgər siz də öz hüquqi biliklərinizə güvənirsinizsə, onda onlardan istifadə etməyin əsl zamanıdır!
Qeydiyyatdan keçməyə tələsin!- Bunun üçün :
Ad / Soyad / Ali təhsil müəssisəsinin adı / Kurs / Bölmə ( Azərbaycan və ya rus ) / Email ünvanı / Telefon nömrəsini [email protected] ünvanına göndərmək tələb olunur.
QEYD : məlumatları dəqiq, tam və düzgün qeyd etməyiniz xahiş olunur, əks halda müraciətiniz təsdiq olunmayacaq.
Son qeydiyyat tarixi : 06.12.2016

10 Dekabr 10:00

Azerbaycan Respublikasi Prezidenti yaninda Dovlet Idarecilik Akademiyası

Bəyən və paylaş

Rəylər

rəy(lər)