Bazar ertəsi, 25 Avqust, 2025

“Peşə təmayüllü siniflər” “Keyfiyyət təminatı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir


  • Dərc edildi: 9 Avqust, 2023 - 18:24
“Peşə təmayüllü siniflər” “Keyfiyyət təminatı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir

“Peşə təmayüllü siniflər” “Keyfiyyət təminatı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir!

Tələblər:

• Ali təhsil (təhsilin idarə edilməsi, maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

• Monitorinq sahəsində minimum 2 il iş təcrübəsi (təhsil sahəsində olması üstünlükdür);

• MS Office proqram təminatları və Google Docs/Sheets ilə işləmə bacarığı;

• Ölkədaxili ezamiyyətlərə getmək imkanı;

• Analitik təhlillər aparmaq.

İş öhdəlikləri:

• Layihənin monitorinq prosesinin təşkil edilməsi və işin aparılması, təlim-tədris prosesi boyunca maddi texniki baza ilə bağlı prosesləri analiz etmək və sənədləşdirmək;

• Keyfiyyət İdarəetmə Sisteminin qeydlərinin izlənməsi, təhlili və hesabatların hazırlanması, ehtiyac yaranarsa, yeni sistemin yaradılması və ya mövcud sistemə dəyişiklik edilməsi;

• Bakı və regionlarda yerləşən məktəblərə davamlı olaraq səfərlərin edilməsi və mövcud vəziyyətə uyğun qeydlərin aparılması, təkliflərin verilməsi;

• Mentorlar üçün təlimlərin təşkili;

• Mütəmadi olaraq hesabatların verilməsi (aylıq və ya rüblük);

• Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin yaradılması, idarə edilməsi, implementasiyası, yenilənməsi və aktiv şəkildə istifadə edilməsi.

İş şəraiti:

• Həftədə 5 iş günü, 09:00-18:00;

• Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqları əsasında müsahibə zamanı təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Keyfiyyət təminatı üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

Müraciət üçün son tarix: 23 avqust, 2023-cü il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...