12 Fevral 16:15

100 illiyin Mühasibi – ödənişsiz tədris-təcrübə layihəsi!

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixində imzaladığı Sərəncamla  2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə qoşulmaq məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və muhasibat.az saytı “100 illiyin Mühasibi” layihəsini ərsəyə gətirmişlər.

Layihə haqqında ətraflı məlumat:

Layihə çərçivəsində, namizədlər sırasından test və müsahibə əsasında 5 mühasib seçilərək  5 ay ərzində ödənişsiz olaraq həm nəzəri təlim (Maliyyə Elm-Tədris Mərkəzi – 3 ay), həm də praktiki təcrübə( muhasibat.az – 2 ay)  keçmək imkanı qazanacaqlar.

Layihənin sonunda iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir.

Göstərdikləri nəticələrindən asılı olaraq, layihə iştirakçılarından birinci yerin sahibi layihə başa çatdıqda işlə təmin olunacaqdır, digərləri isə əməkdaşlıq etdiyimiz şirkətlərə tövsiyə ediləcəkdir.

Layihə 01.03.18 – 01.08.18 tarixləri ərzində baş tutacaqdır.

İştirakçılara dair tələblər:

Mühasibat uçotu və audit ixtisası üzrə 4-cü kurs tələbələri, magistrlər və ya həmin ixtisas üzrə ali təhsilini bitirmiş şəxslər;

Komandada işləmək bacarığı;

İntizamlılıq və məsuliyyətlilik;

Bu sosial layihə haqqında daha çox insanı məlumatlandırmaq üçün postu paylaşmalı və mühasibat uçotu üzrə təhsil almış 3 nəfər dostunu işarələməli (tag).

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən özləri haqqında məlumatı 19 fevral 2018-ci il tarixinə qədər [email protected] və [email protected]elektron ünvanlarına göndərmələri xahiş olunur. Mövzu yerinə “100 illiyin mühasibi” qeyd etməyi unutmayın.

Əlaqə vasitələri:

Telefon: +994124048159 | +994125982070;

E-mail: [email protected] və [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)