reklam

Proqram Rəhbəri (Program Director) vakansiyası

Vakansiya: Proqram Rəhbəri (Program Director)



İş haqqında:
Təhsil sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə özəl və dövlət təhsil qurumları ilə işgüzar əlaqələrin qurulmasını, beynəlxalq təlimlərin təşkili və idarə edilməsini, sertifikasiya proseslərinin icrasını əhatə edir. İş çərçivəsində həm əməliyyat, həm də strateji fəaliyyətlərə nəzarət təmin ediləcək.

Əsas vəzifələr:
 İşin ümumi idarə edilməsinə və hədəflərinin yerinə yetirilməsinə rəhbərlik etmək.
 Özəl, dövlət və digər maraqlı tərəflərlə əlaqələr qurmaq və idarə etmək.
 Təlim proqramlarının hazırlanması və həyata keçirilməsi prosesinə nəzarət.
 Komanda üzvlərinin və koordinatorların fəaliyyətini idarə etmək və istiqamətləndirmək.
 PR, marketinq, əməliyyat və digər sahələrdə layihənin düzgün icrasını təmin etmək.
 İş üzrə maliyyə və resursların effektiv idarə olunmasını təmin etmək.
 İşin nəticələrinin ölçülməsi və hesabatların hazırlanması.

Tələblər:
 Marketinq və ya Layihə idarəçiliyi sahəsində ən azı 5 illik təcrübə.
 İngilis dilini mükəmməl səviyyədə bilmək (şifahi və yazılı).
 Komanda idarəetməsi və liderlik bacarıqları.
 Güclü ünsiyyət və təşkilatçılıq qabiliyyəti.
 Strateji düşüncə və çoxfunksiyalı fəaliyyətlərə nəzarət bacarığı.
 Təhsil sahəsində təcrübə üstünlükdür.

Təkliflər:
 Beynəlxalq standartlara uyğun əmək haqqı.
 Təlimlərdə iştirak və peşəkar inkişaf imkanları.
 Peşəkar və dinamik iş mühiti.
 Böyük miqyaslı və ölkə təsirli layihədə iştirak imkanı.

Müraciət qaydası:
CV-nizi və özünüz haqqında əlavə məlumat mətnini [[email protected]] ünvanına göndərin. Mövzu hissəsində "Proqram Rəhbəri" yazmağı unutmayın.

Son müraciət tarixi: 18 Yanvar 2025


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az