Cümə axşamı, 21 Avqust, 2025

İnsan Resursları – İşə qəbul üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 Fevral, 2025 - 16:25
İnsan Resursları – İşə qəbul üzrə mütəxəssis vakansiyası

Vakansiya: İnsan Resursları – İşə qəbul üzrə mütəxəssis



Vəzifə öhdəlikləri:


·      Vakansiyalar üzrə elanların hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
·      Namizəd axtarışı üçün uyğun resursların müəyyən edilməsi və effektiv tətbiqi;
·      İşə qəbul planına uyğun namizədlərin cəlb edilməsi və ilkin seçim prosesinin aparılması;
·      CV-lərin dəyərləndirilməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
·      Müsahibələrin təşkil edilməsi, aparılması və nəticələrinin təhlil edilməsi;
·      Namizədlərlə effektiv kommunikasiya və sorğuların cavablandırılması;
·      Seçim və işə qəbul proseslərinin səmərəli şəkildə idarə olunması;
·      Yeni işçilərin adaptasiya prosesinin təşkili və izlənilməsi.



Tələblər:


·      Ali təhsil;
·      İşə qəbul prosesləri, müsahibə texnikaları və namizəd seçim metodları üzrə nəzəri və praktiki biliklər;
·      İnsan resursları və ya işə qəbul sahəsində minimum 1 il təcrübə;
·      Effektiv ünsiyyət və müsahibə aparmaq bacarığı;
·      Komandada işləmək və təşəbbüskarlıq bacarığı;
·      Vaxtın düzgün idarə edilməsi və güclü təşkilatçılıq bacarığı;
·      Analitik düşünmə və problem həll etmə qabiliyyəti.



İş Qrafiki:


- Həftə içi 5 gün, iş saatı: 08:00-17:00
 


Biz təklif edirik:


- Müasir, dinamik və səmərəli iş mühiti.
- Karyera və fərdi inkişaf imkanları.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İnsan Resursları – İşə qəbul üzrə mütəxəssis" qeyd olunmalıdır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərin müraciətlərinə baxılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...