“Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verilir

“Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verilir

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Sənaye 4.0 Hazırlıq Proqramı” (S4HP) çərçivəsində tərəfdaş şirkətlərlə əməkdaşlıq üçün müraciət qəbuluna start verir.

S4HP-nin məqsədi şirkətlərin "Sənaye 4.0" hazırlığına dəstək etmək və iqtisadi artıma nail olmaqdan ibarətdir.

Tərəfdaş şirkətlər beynəlxalq ekspertlərin iştirakı ilə bacarıqların artırılması sessiyalarına cəlb olunacaqlar. S4HP çərçivəsində yerli şirkətlər proqram tərəfdaşı kimi təsdiqlənmək imkanı əldə edəcəklər. 

 

Proqram çərçivəsində tərəfdaşlarının aşağıdakı fəaliyyətləri həyata keçirmələri nəzərdə tutulur:

  • "Sənaye 4.0" yetkinliyin qiymətləndirməsi hesabatının hazırlanması: S4HP-yə seçilmiş şirkətlərin "Sənaye 4.0" yetkinlik səviyyəsinin qiymətləndirilməsi və inkişaf istiqamətləri ilə bağlı tövsiyələr verməlidir.
  • "Sənaye 4.0" hazırlığının tətbiqi üçün yol xəritəsinin hazırlanması:

İnkişaf istiqamətləri üzrə təşəbbüslərin mərhələli yol xəritəsinin hazırlanması. Proqram tərəfdaşları həmçinin bizneslərə təsir potensialı və tətbiq olunma imkanları əsasında təşəbbüslərin prioritetləşdirilməsi təhlilini aparmalıdır.

 

  • Təşəbbüslərin qısa təsviri: Prioritetləşdirilmiş 8-10 təşəbbüsün həyata keçirilməsi ilə bağlı fəaliyyətləri, mərhələləri, əsas performans göstəricilərini (KPI), ehtimal olunan xərcləri, əməkdaşlıq ediləcək texnologiya təminatçılarını (zərurət yaranarsa) müəyyən etmək.

 

  • İmplementasiya üçün maliyyələşdirmə planı: "Sənaye 4.0" hazırlığının tətbiqi yol xəritəsini həyata keçirmək üçün mümkün maliyyə mənbələrinin müəyyənləşdirilmək və S4HP-yə seçilmiş şirkətlərə kredit müraciəti üçün sənədlərin hazırlanmasında dəstək göstərmək (ehtiyac yaranarsa).

 

Proqramın icrası: S4HP-nin 2 mərhələsi var – pilot mərhələ və tətbiq mərhələsi:

 

  • Pilot mərhələ: İqtisadiyyat Nazirliyi tabeliyində 4SİM bir neçə proqram tərəfdaşı ilə birlikdə S4HP-yə seçilmiş şirkətlərdə pilot mərhələni həyata keçirəcək. Pilot mərhələnin sonunda S4HP prosesləri/qaydaları və fəaliyyət şablonları tətbiq üçün hazır olacaq. Bütün proqram tərəfdaşları təklif olunan şablonlardan və qaydalardan istifadə etməlidir.

 

  • Tətbiq mərhələsi: Pilot mərhələ üçün seçilən proqram tərəfdaşları və aşağıda müəyyən edilmiş tələblərə cavab verən əlavə proqram tərəfdaşları İqtisadiyyat Nazirliyi tabeliyində 4SİM tərəfindən qiymətləndiriləcək və təsdiqlənəcək.

Proqram tərəfdaşı olmaq üçün müraciət:

  1. Seçim meyarları: Aşağıdakı tələblərə cavab verən şirkətlər müraciət edə bilər:

 

  •  
    • Rəqəmsallaşma ilə bağlı layihələrdə təcrübə (əlavədə təsvir olunduğu formada): Son 3 il ərzində minimum 5 rəqəmsal layihə təqdim edilməlidir. Avadanlıqların satın alınmasına fokuslanan layihələrin nəzərdən keçirilməməsi mütləqdir. Hər bir layihə üçün dəstəkləyici sənəd kimi 1-2 səhifəlik icra xülasəsini təqdim edilməlidir. İcraya dair məlumatlarda müştəri konteksti (məsələn, sektor, ölçü, əməliyyatlar), layihə fəaliyyətləri (məsələn, qiymətləndirmə, yol xəritəsinin hazırlanması) və nəticələrlə bağlı nümunələr daxil edilməlidir.

 

  •  
    • Fəaliyyət tarixçəsi: Minimum 5 il bazar təcrübəsi

 

  •  
    • İllik gəlir: Ardıcıl son üç ildə illik ən azı 2,000,000 AZN gəliri olan və heç bir vergi öhdəliyi və cəriməsi olmayan şirkətlər
  •  
    • Kadr potensialı: Daxili layihə komandasında ən azı 15 işçiyə (maliyyə, insan resursları kimi dəstək funksiyaları istisna olmaqla) malik olmaq
  •  
    • Layihəyə maraq (pilot mərhələ seçimi üçün əlavə meyar): Ən azı 2 işçisini sahəvi səfərlərə, müsahibələrə, vörkşoplara və təlimlərə ayırmağa hazır olmaq

 

  1. Müraciət prosesi və vaxt cədvəli:
    • Müraciət formasını buradan yükləyin https://forms.gle/qbnp6GMnLCfeiHmB6
    • Müraciət və uyğunluq meyarları üçün dəstəkləyici sənədləri 28 avqust 2024-cü il tarixinə kimi müraciət forması üzərindən təqdim edin.

 

  1. Seçim prosesi və vaxt cədvəli: Müraciətlər nəzərdən keçirildikdən sonra, pilot mərhələ üçün seçilmiş tərəfdaşlarla 2024-cü il sentyabrın ayının ilk həftəsi ərzində əlaqə saxlanılacaq. Nəzərə alın ki, 4SİM müraciət prosesinin və ya S4HP-nin şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır.

 

  1. Əlaqə məlumatları: Ətraflı məlumat üçün əlaqələndirici şəxs:
  •  
    • Ad: [Əlaqələndirici şəxsin adı]
    • Vəzifə: [Əlaqələndirici şəxsin vəzifəsi]
    • E-poçt: [Əlaqələndirici şəxsin e-poçtu]
    • Telefon: [Əlaqələndirici şəxsin telefon nömrəsi]

 

Əlavə: Rəqəmsal layihə təşkilatın fəaliyyətinin bütün aspektlərinə rəqəmsal texnologiyaları, alətləri və metodları daxil etmək məqsədilə həyata keçirilən strateji, təşkilat səviyyəli təşəbbüsdür.

Bu səylər təkcə mövcud sistemlərin yenilənməsi və ya yeni alətlərin tətbiqi ilə məhdudlaşmır; onlar həm də təşkilatın necə fəaliyyət göstərdiyini, müştərilərinə dəyər verdiyini və sürətlə dəyişən rəqəmsal mühitdə rəqabət üstünlüyünü necə qoruması haqqındadır.

Layihəsinin əsas mahiyyəti Sənaye 4.0 kimi qabaqcıl texnologiyaların gücündən istifadə edərək, şirkətlərin biznesdə əhəmiyyətli təkmilləşdirmələrə nail olmasıdır.

Bu texnologiyalar tək-tək tətbiq edilmir; onlar sinerji yaratmaq üçün inteqrasiya edilir, bu isə əməliyyat səmərəliliyini artırır, innovasiyaları dəstəkləyir və yeni rəqəmsal biznes modellərinin yaradılmasına imkan verir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az