1 Noyabr 20:41

“11 gün” adlı fotosərgi keçiriləcək

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki “Bakı Fotoqrafiya Evi” “Camping Azerbaijan” ilə birgə, sizi “11 gün” adlı fotosərgiyə dəvət edir. Sərgidə fotoqraf Eldar Əkbərovun sonuncu “Şaxta Baba ucqar kəndlərdə” layihəsi çərçivəsində orta format kamera ilə çəkdiyi fotolar nümayiş etdiriləcək. Layihə çərçivəsində hər il Şaxta Babalar onlarla ucqar dağlıq kənddə yüzlərlə uşağa hədiyyə çatdırmaq üçün günlərlə qarlı dağlar aşaraq yol gedirlər. Layihə şəhər və kənd insanı arasında sevgi körpüsü yaratmağa davam etmək fikrindədir. Sərgi zamanı layihə haqqında daha ətraflı məlumat veriləcək və bu ilin planları açıqlanacaq.
Sərginin açılış mərasimi: 5 Noyabr saat 19:00-22:00
Sərginin davamı: 6-7 Noyabr saat 10:00 – 19:00

Giriş ödənişsizdir
Ünvan: Böyük Qala küçəsi 42 .

Bəyən və paylaş

Rəylər

rəy(lər)