“ZƏFƏR ZİRVƏSİ” adlı workshop keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi Azərbaycan, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş “ZƏFƏR ZİRVƏSİ” adlı workshop keçiriləcək. 

Tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və tamaşaçılarla bölüşmə imkanına xidmət məqsədi ilə elan olunur.

Workshopda iştirak üçün 18 yaşdan yuxarı rəssamlar (yağlı boya, qrafika, akvarel, qarışıq texnika, vitraj, gil) və heykəl ustaları müraciət edə bilərlərlər. Workshop iştirakçı sayından asılı olaraq hər dəfə 20 rəssam olmaqla 6-7-8 noyabr tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzinin qarşısında baş tutacaq. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək. 

Workshop-a qeydiyyatdan keçmək istəyən şəxslər 051 310 74 01 əlaqə nömrəsinin whatsapp veb adresinə ad, soyad , təvəllüd və işləyəcəyi texnikanı qeyd etməklə müraciət edə bilərlər.

Son müraciət tarixi: 3 noyabr 2023

Qeyd: İştirakçılar masa və molbertlərlə təmin olunacaqlar.

Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Oxu.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az