Çərşənbə axşamı, 1 İyul, 2025

Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir!


  • Dərc edildi: 18 Yanvar, 2025 - 17:36
Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir!

Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün “Müasir metodist” müsabiqəsi elan edir.

 

Ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

  • Pedaqoji təhsil;
  • Ən azı 7 illik pedaqoji təcrübə;
  • Sertifikasiya balı 51-dən yuxarı;
  • İKT bacarıqları;
  • Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.
Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir.

Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:

https://docs.google.com/forms/d/11Hd_a745-enO0YnBckquQ0mmXOSeWIoQ6gVCVi54z6o/edit

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 850
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...