
Sea Breeze Resort İnsan resursları üzrə mütəxəssis vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
• AR Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
• İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
• 1C 8.3 (ERP) proqramında müvafiq əməliyyatların icra olunması;
• İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edilməsi;
• Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
• İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlanmasına nəzarət, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;
• Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
• Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
Əsas tələblər:
• Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
• İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
• ƏMAS platformasında sərbəst işləmək bacarığı;
• 1C, MS Office (xüsusilə Excel), Outlook proqramlarından sərbəst istifadə bacarığı;
• Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bacarıqları özündə birləşdirən analitik düşüncə;
• Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
• Azərbaycan dilini mükəmməl, Ingilis dili və Rus dili biliyi yaxşı səviyyədə olmalıdır.
İş şəraiti:
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş cədvəli: 5 günlük (Həftə içi günlər saat 9:00-dan 18:00-dək);
• Tibbi sığorta;
• Koroğlu m/s servis xidmət göstərir;
• Yemək şirkət tərəfindən qarşılanır.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur