Cümə axşamı, 21 Avqust, 2025

“Çağrı mərkəzi üzrə agent” vakansiyası


  • Dərc edildi: 27 İyul, 2023 - 23:39
“Çağrı mərkəzi üzrə agent” vakansiyası

"Azərbaycan Supermarket" MMC Marketinq/ Müştəri münasibətlərinin idarə olunması komandasında “Çağrı mərkəzi üzrə agent” vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:
 
·       Zəng, e-mail və "Whatsapp" mesajlarının cavablandırılması
·       Telefon, e-mail və "Whatsapp" vasitəsilə göndərilən müştəri sorğularına baxılması
·       Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
·       Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
·       Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
·       Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
·       Mövcud müştəri məlumatlarının yenilənməsi
·       Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
·       Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
·       Zənglərin müvafiq resurslara yönləndirilməsi
·       Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi
 
Namizədə dair tələblər:
 
·       Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
·       Azərbaycan və Rus dilləri icbaridir, ingilis dili üstünlük sayılır.
·       "Microsoft Office" proqramları, Outlook istifadəçisi.
·       Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
·       Dinləmə qabiliyyəti.
·       Problemlərin təhlili və həlli bacarıqları.
·       Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
·       Təşkilati bacarıqlar.
·       Detallara qarşı diqqətli.
·       Komanda şəklində işləmə bacarığı.
·       Stressə davamlılıq.
·       Qüsursuz və aydın nitq.
 
İş şəraiti (növbəli iş):
 
·       9:00-18:00
·       10:00-19:00
·       11:00-20:00
 
 
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “Çağrı mərkəzi üzrə agent” qeyd etməklə edə bilərlər.
#bravo #vacancy

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7149
Sumqayıt Dövlət Univ...