Çərşənbə axşamı, 1 İyul, 2025

YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 1 Oktyabr, 2023 - 16:44
YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır (ÖDƏNİŞSİZ)

YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır 


Kurs iki semestrdən ibarətdir və həm nəzəri biliklərin, həm də praktiki bacarıqların verilməsi məqsədi daşıyır. Birinci semestr ərzində tələbələr müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi müasir incəsənət sahələri üzrə yerli və xarici mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Əlavə olaraq, tələbələr üçün muzeylərə, qalereyalara və incəsənət məkanlarına ziyarətlər təşkil olunacaq.
İkinci semestrdə iştirakçılar birinci semestrdə əldə etdiyi bilikləri praktiki məşğələlərdə tətbiq edəcəklər, həmçinin rəsm əsərlərinin yaradılması texnologiyası, müxtəlif materiallarla işləməsi, sərgi konsepsiyalarının yazılması, büdcə tərtibatı və s. öyrənəcəklər. 

Kursun son mərhələsində buraxılış sərgisi təşkil olunacaq.

Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək


Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq

Müsabiqədə iştirak şərtləri: 

• CV (PDF) 

• Veb-sayt, Facebook, Instagram
• Portfolio (rəssam ixtisası üçün müraciət edirsinizsə) 

• Yazılı materiallar, esselər, məqalələr (kurator ixtisası üçün müraciət edirsinizsə) 

• Təşkil olunmuş layihələrin təqdimatı (art-menecer ixtisasına müraciət edirsinizsə) 

• Bütün iştirakçılar 200-300 sözlük motivasiya məktubu təqdim etməlidirlər

• Yaş həddi: 16-35 yaş 

Müraciət üçün son tarix: 30 noyabr 

Ərizələri "YARAT Art School" başlığı ilə qeyd edərək, [email protected] e-ünvanına göndərə bilərsiniz. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 72
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 39
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...