TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir

Biz nə təklif edirik:

  • Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri

Görəcəyiniz işlər:

  • Elektron hökumət portalına (ƏMAS) aidiyyəti məlumatların daxil edilməsi
  • İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsinin həyata keçirilməsi
  • İşçilərin şəxsi işlərinin, imzalanmış əmrlərin və həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatının həyata keçirilməsi, saxlanması və onlarda olan məlumatların yayılmamasının təmin edilməsi
  • İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılması və yenilənməsinin həyata keçirilməsi
  • Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarının təmin edilməsi
  • Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərin tətbiq edildiyi işçi qruplarının daim nəzarətdə saxlanılması və bu güzəştlərin tətbiqinin təmin edilməsi
  • Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasının təmin edilməsi
  • Xəstəlik vərəqələrinin müvafiq hissələrinin və protokollarının tərtib olunmasın təmin edilməsi
  • İşçilərin gündəlik işə davamiyyətinə nəzarət edilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə)
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə
  • Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi barədə məlumatlılıq
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı barədə məlumatlılıq
  • “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı barədə məlumatlılıq
  • “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı barədə məlumatlılıq
  • “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumatlılıq
  • Bu sahəyə uyğun ola biləcək digər qərarlar, təlimatlar barədə məlumatlılıq

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Diplomun surəti
  • CV

Müraciət qaydası

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır
  • Aşağıda qeyd olunan sənədləri [email protected] ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: BBSM-kadrlar üzrə mütəxəssis) qeyd edərək müraciət edə bilərsiniz.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət

15.04.2024

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az