31 Avqust 10:55

“Gənc Marketoloqlar Məktəbi”layihəsinə start verilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə,Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Gənc Marketoloqlar Məktəbi”layihəsinə start verilib.Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin kordinatoru Elmar Məmmədov gənclərə marketinqin əhəmiyyəti barədə məlumat verib.Sonra isə layihə rəhbəri Mehdili Mehdi layihə haqqında ümumi məlumat verib.Layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.Daha sonra təlimçi Arzu Qafarlı marketinqin hazırki dövrdəki əhəmiyyətindən danışmış və istirakçılara “Ümumi Marketinq anlayışı” haqqında ilk təlimi keçmişdir.Təlimdə 30 dan artıq tələbə və mətbuat nümayəndəsi iştirak etmişdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)