Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək

KONQRESİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Neonatologiyaya dair müasir tibbi yeniliklər barədə müvafiq ixtisaslı mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi

 

      VƏZİFƏLƏR

  • Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə neonatologiyada sıx rast gəlinən hallar, yenidoğulmuşlarda respirator dəstək strategiyaları və genetik skrininq testləri barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində panel müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

PROQRAM

QEYDİYYAT

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.

 

10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.


Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunacaq. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunacaq, konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdiriləcək.  


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konqres hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konqresdə pediatr, neonatoloq, anestezioloq-reanimatoloq, genetik, uşaq cərrahı, kardioloq, mama-ginekoloq, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, hematoloq və endokrinoloq ixtisasına malik həkimlər və rezidentlər iştirak edə bilər.

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
  • Konfrans əyani Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konfransda iştirak ödənişsizdir!
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az