reklam

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsinin rəsmi bağlanışı keçirilib

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsinin rəsmi bağlanışı keçirilib

 

Oktyabrın 11-ində “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsinin rəsmi bağlanışı “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Yaşıl dünya naminə həmrəylik ili” ili çərçivəsində Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Aqrar Xidmətlər Agentliyinin, “AGRO DAİRY” MMC və “AZGREEN” MMC-nin tərəfdaşlığı ilə Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində həyata keçirilib. 

Əvvəlcə Azərbaycan Dövlət Himninin sədaları altında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. 

Layihə rəhbəri Nigar Xıdırova qonaqları salamlayaraq tədbiri açıq elan edib və layihənin hesabatı haqqında geniş məlumat verib. Bildirib ki, layihədə 200 nəfərə yaxın iştirakçılar şagirdlər, müəllimlər və mütəxəssislər vardı. Layihənin əvvəlki aylarında ekspertlə birgə Pirsaatçay ətrafında araşdırmalar aparılıb və məlumat kitabçası dərc edilib. Layihənin 4 tədbir günü Hacıqabul rayonu İlqar Ələkbərov adına şəhər 1 nömrəli tam orta məktəbin, 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin və 10 saylı tam orta məktəbin şagirdləri və müəllimlər üçün təlimlər, workshoplar və infoturlar təşkil edilmişdir. Pirsaat su anbarına, Pir Hüseyn Xanagahına, “AGRO DAİRY”-nin padarçöl təsərrüfat sahəsinin müasir suvarma sistemlərinə, Kür Sutəmizləyici Qurğular Kompleksinə infoturlar təşkil edilib. Bununla bağlı hesabat videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib. 

Sonra, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutun sektor müdiri Ağamir Müslümov layihəni yüksək qiymətləndirib. Hacıqabul 10 saylı məktəbin şagirdlərinin innovativ yanaşdığı işlərinin sərgisi təqdirəlayiq olduğunu bildirib. Şagirdlərin belə bir layihələrdə davamlı olaraq aktiv iştirak etməsi lazımdır.

“Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin layihələrinin idarəedilməsi üzrə meneceri Pərvanə Xıdırova “Pirsaatçayın hidroloji xüsusiyyətləri” adlı məlumat kitabçasının redaktoru olaraq təqdimat etdi. Qeyd etdiki, COP29-un ölkəmizdə keçirilməsinə hər bir vətəndaş kimi dəstəyik. Məlumat kitabçasının ön hissəsində qeyd edilən fikirlərlə nümayəndlərimizlə birgə dəstəkləyirik. Ekspert Rəşail İsmayılov və təşkilat komandaları ilə birgə Pirsaatçayın ərazisində aparılan araşdırmaların nəticələri ilə bağlı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Kür Su Təchizatı İdarəsinin nümayəndəsi və “AGRO DAİRY” əməkdaşları İbrahim Novruzlu və Kənan Əşrəfov layihə haqqında fikirlərini bildirdilər. Layihə müddətində şagirdlər üçün yaradılan geniş imkanlar onların gələcəyində böyük rol oynayacağını və gələcəyin uğurlu əməkdaşları olmasını arzuladılar.

Azərbaycan Su Təsərrüfatları İşçiləri Respublika Komistəsinin nümayəndələri tərəfindən hazırladığı “Su Həyatdır” adlı maarrifləndirici videoçarxı nümayiş etdirildi.

Daha sonra Ekologiya Nazirliyi nəzdində Milli Hidrometeorologiya Xidmətlərinin nümayəndəsi Yeganə Babayeva çıxış etdi. Layihənin təşkilatçılarına təşəkkürünü bildirdi. Belə layihələri təşkilat olaraq dəstəkləndiyini və hava proqnozları ilə bağlı aparılan işləri  öyrənmək üçün tədbir iştirakçılarını yaradılan mərkəzə dəvət etdi. Sonda maraqlı yaradıcı “Hava Proqnozu Sertifikatıyla” layihə rəhbərini və təşkilat komandasını mükafatlandırdılar. Bu Sertifikatda hər bir vətəndaşın doğulduğu günün iqlimi ilə bağlı məlumatlanıb və illərlə dəyişən iqlim dəyişkənliklərinin fərqini aydınlaşdıra bilərlər.

Tədbirin sonunda layihə iştirakçılarına Sertifikatlar, Təşəkkürnamələr təqdim edilib və xatirə şəkili çəkdirilib.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az