Çərşənbə, 3 Sentyabr, 2025

“ABB Rəqəmsal Maarifləndirmə” proqramı ilə karyeranda uğurlu başlanğıc et


  • Dərc edildi: 15 Fevral, 2024 - 16:56
“ABB Rəqəmsal Maarifləndirmə” proqramı ilə karyeranda uğurlu başlanğıc et

“ABB Rəqəmsal Maarifləndirmə” proqramı ilə karyeranda uğurlu başlanğıc et!
Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız 18 - 25 yaş aralığında tələbələrə, yaxud ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “ABB Rəqəmsal maarifləndirmə” proqramında iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər.
Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
· Çeviklik
· Təşəbbüskarlıq
· Həvəslilik
· İşgüzarlıq
· Gülərüzlük
· Məsuliyyətlilik
· Ünsiyyətcillik
Hədəfimiz 3-6 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir. Onlar asudə vaxtlarını səmərəli idarə edərək, əmək vərdişlərini, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərini, liderlik və sosyal bacarıqlarını inkişaf etdirə biləcəklər.
📌Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1068
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 238
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8047
Sumqayıt Dövlət Univ...