22 Mart 16:35

13 sessiyadan ibarət Data Jurnalistikası kursu

DataHub, Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Azərbaycanın texniki dəstəyi ilə jurnalistika ixtisası üzrə təhsil alan və ya yeni məzun olan şəxslər üçün Data Jurnalistikası kursuna qeydiyyat elan edir.
Data Jurnalistikası artıq yeni bir konsepsiya deyil. Media vasitələrinin hadisələrin geniş auditoriyaya daha effektiv çatdırılmasında datadan istifadə etmələri artıq tez-tez rast gəlinən təcrübəyə çevrilib. Jurnalistikada datadan istifadə edilməsi məlumatın oxucu üçün daha da cəlbedici və güvənilir formada çatdırılmasında ən effektiv vasitələrdəndir. DataHub jurnalistlər üçün data savadlılığının əhəmiyyətini nəzərə alaraq 13 (on üç) seminardan ibarət olan ödənişsiz Data Jurnalistika Kursuna start verir. Kurs həftə sonları olmaqla 2019-cu ilin aprel-iyun ayları ərzində keçiriləcəkdir.
Kursun məqsədi Azərbaycanda data jurnalistikasının təşviqi, jurnalistlərin data toplama, emal etmək, analiz etmə, vizuallaşdırma bacarıqlarının inkişaf etdirmək və datanın cəmiyyətdə kommunikasiyasına dəstək verməkdir.

Kurs müddətində iştirakçılar öyrənəcək:
• müxtəlif metodlardan istifadə edərək datanın toplanması;
• datanın kəmiyyət və keyfiyyət analizinin aparılması;
• rəqəmsal vəsitələrdən istifadə edərək datanın vizuallaşdırılması
13 təlim sessiyasının hamısına qatılan iştirakçılar kursun təşkilatçıları olan DataHub və ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Sertifikatla təltif olunacaqlar. Təlimlər yerli və xarici ekspertlər tərəfindən aparılacaq
Data Jurnalistika Kursuna kimlər müraciət edə bilər: Günümüzün jurnalistika sahəsində çalışan mütəxəssislərə olan tələblərinə cavab verə bilməsi üçün hazırkı kursda jurnalistika ixtisası üzrə təhsil alan və yeni məzun olmuş gənclərin iştirakı və faydalanması nəzərdə tutulub.
Seminarda iştirak sayı limitlidir. Qeydiyyatdan keçmək üçün müraciət formasını 31 mart, Bakı vaxtı ilə saat 17:00-a qədər doldurmalısınız. Xahiş edirik nəzərə alasınız ki, üstünlük 13 təlim sessiyasının hər birində iştirak edə biləcək namizədlərə veriləcək.
Müraciət üçün link: bit.ly/2FbUxAQ

Bəyən və paylaş

Rəylər

rəy(lər)