Cümə, 22 Avqust, 2025

“Arxiv işi üzrə mütəxəssis” vakansiyası


  • Dərc edildi: 19 Avqust, 2024 - 18:29
“Arxiv işi üzrə mütəxəssis” vakansiyası

«Zəhmət-Ruzi» MMC “Arxiv işi üzrə mütəxəssis” vakansiyasını elan edir.



Vəzifə öhdəlikləri:
-Müvafiq aktlar əsasında sənədləri arxivə qəbul edir və qeydiyyatını aparır, eləcə də, arxivdən sənədləri sorğu göndərən struktur vahidinə təhvil verir.
-Struktur vahidlərinə sənədlərin mühafizəsi və arxivləşdirilməsi işində təşkilati-metodiki dəstək göstərir.
-Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanmasında iştirak edir.
-Sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işini təşkil edir.
-Sənədlərin mühafizəsi üçün texniki vasitələrin siyahısını müəyyən edir, onların tətbiqi və düzgün istismarına nəzarət edir.
-Hesabat üçün arxivdə sənədlərin təşkili barədə məlumat hazırlayır.
-Arxiv üzrə sorğu vasitələrini - bələdçi kitabı, göstərici, xülasə, kataloq hazırlayır, onları təşkil və təhlil edir, qeydiyyatını aparır.
-Arxivdə mövcud olan sənədlərin elektron qeydiyyatını təşkil edir.

Bizim üçün önəmlidir:
·Arxiv işi üzrə qanunvericilik aktlarını bilməsi;
·Arxiv sənədlərinin mühafizə və təsnifat sistemini, arxivdəki sənədlərin tərkib və məzmununu bilməsi;
·Ali təhsilli olması;
·Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajına malik olması;
·Azərbaycan dilini yüksək səviyyədə bilməsi (Rus dili arzuolunandır).

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 38

Təminatlar:
-Nahar şirkət tərəfindən təmin edilir.
-Korporativ nömrə və limitlə təmin edilir.
-Servis xidməti mövcuddur.
-Tibbi sığorta təminatı mövcuddur.

Uyğun namizədlər müraciət üçün öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissədə "Arxiv işi üzrə mütəxəssis” yazmaqla göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 265
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 60
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...