“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb. "PAŞA Technology"-nin məqsədi Azərbaycan bazarı üçün İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” MMC “Məhsul meneceri” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
• Müştəri ehtiyaclarını müəyyən etmək üçün araşdırmalar aparmaq;
Bazar tələbatını, rəqiblərin assortimentlərini öyrənmək;
• Məhsulun inkişafı üçün strategiyanın yaradılmasında birbaşa iştirak etmək və müvafiq kommunikasiyanı həyata keçirmək;
• Satış məqsədlərinə çatmaq üçün istehlakçı tələbi ilə uyğunlaşan satış məqsədlərini müəyyən etmək;
• Qiymətin təyin edilməsində bilavasitə iştirak və təkliflərlə çıxış etmək, məhsulun satılma tezliyini təyin etmək;
• Satışın stimullaşdırılması yolları ilə bağlı təkliflər vermək, reklam və promo aksiyaları təşkil etmək;
• Məhsulun gəlirliliyini təyin etmək;
• Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılmasını təşkil etmək;
• Məhsulla bağlı marketinq kampaniyalarının hazırlanmaq və həyata keçirmək.
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
• İT istiqaməti üzrə ali təhsil;
• İT İnfrastrukturu istiqaməti üzrə 2-3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dilində səlis danışıq;
• Bulud xidməti platforması təcrübəsi;
• Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq;
• CRM sistemləri ilə işləmə bacarığı və təcrübə;
• Məlumatların təhlili bacarıqları;
• Bazar araşdırması bacarıqları;
• İT xidmətləri haqqında anlayış mütləqdir;
• DATA Mərkəz mühitində və Tier standartları barədə biliklər;
• MS Office proqramları ilə işləmə bacarığı;
• Təşəbbüskar olmaq;
• Təqdimat bacarıqları;
• Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşünmə tərzi;
• Telefon vasitəsilə effektiv ünsiyyətin qurulması və dinləmək bacarığı;
• Müştəri yönümlülük;
Son müraciət tarixi: 25 Fevral 2023-cü il. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur