Çərşənbə axşamı, 1 İyul, 2025

“PAŞA Sığorta” Şirkətində yeni “HR Lab” proqramına start verilir


  • Dərc edildi: 4 Dekabr, 2023 - 11:34
“PAŞA Sığorta” Şirkətində yeni “HR Lab” proqramına start verilir

Böyük məmnunluq hissi ilə məlumat vermək istərdik ki, “PAŞA Sığorta” Şirkətində yeni “HR Lab” proqramına start verilir. Proqram İnsan Resursları proseslərini, analitikanın və məlumat əsaslı idarəetmənin əsaslarını daha detallı mənimsəyərək , İnsan Resursları və İstedadların İdarə edilməsi departamentinin mütəxəssisləri tərəfindən nəzəri biliklər və praktiki bacarıqlar əldə edilməsinə imkan yaradacaqdır.

Proqramda iştirak üçün seçim aşağıda qeyd olunan meyarlar əsasında keçiriləcəkdir:

• 3-cü və ya 4-cü kurs tələbələri
• GPA nəticəsi 75% və yuxarı
• Azərbaycan və ingilis dilini səlis bilməli
• Analitik düşüncə tərzi və məlumat yönümlü qərarvermə bacarığı

• EQ test və üz-üzə müsahibələrdən yüksək nəticə

Tədris proqramında iştirak etmək və sahə üzrə praktiki bilikləri peşəkarlardan öyrənmək istəyirsinizsə, sizi 15 dekabr 2023-cü il tarixinədək aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçməyə dəvət edirik:

https://lnkd.in/eKXPqaNd

Məlumat yönümlü və analitik nəticəyə fokuslanmış müasir İnsan Resursları hal-hazırda bütün beynəlxalq və yerli biznes mühitinin diqqət mərkəzində olan sahələrdən biri olduğunu nəzərə alaraq sizləri də bu sahənin incəliklərinə yiyələnməyə və yeni bilik və bacarıqların təkminləşdirilməsinə səsləyirik.

PAŞA Sığorta ilə öyrənib birlikdə inkişaf edək! 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 88
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...