Çərşənbə, 4 İyun, 2025

Cybernet komandası Biznes analitik vakansiyasını açıq elan edir


  • Dərc edildi: 11 Dekabr, 2024 - 18:48
Cybernet komandası Biznes analitik vakansiyasını açıq elan edir

Cybernet komandası Biznes analitik vakansiyasını açıq elan edir !



Namizədə dair tələblər:
· Ali təhsil (İT idarəetmə, Tətbiqi Riyaziyyat, İqtisadi Kibernetika və oxşar 
sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
· İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 3 il iş 
təcrübəsi;
· Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
· Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və 
təcrübə;
·  Proqramlaşdırmanın və Verilənlər bazasının əsaslarını bilmək;
·  İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, 
interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
·  Sistem Tələblərinin Spesifikasiyası və İstifadəçi Təlimatının 
hazırlanmasında iş təcrübəsi;
·  Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və Rus dillərindən ən az birini 
yaxşı səviyyədə bilmək;
·  Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı. 

Vəzifə öhdəlikləri:
·  Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə 
görüş və ana

litik intervyuların həyata keçirilməsi;
·  İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə 
daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata 
keçirilməsi;
·  İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli 
diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
·  Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları 
ilə modelləşdirilməsi və analiz edilməsi;
·   İstifadəçi tələblərinin analizi nəticəsində sənədlərin hazırlanması və 
müştəri ilə razılaşdırılması;
·   Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz 
sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin 
göstərilməsi;
·  Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və 
istifadəçi təlimatlarının hazırlanması. 

Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Biznes analitik” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 231
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 62
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 160
Lisey və gimnaziyala...