Montaj rejissoru vakansiyası

Vəzifə: Montaj rejissoru

 Təsnifatı: Texniki direktora və Montaj rejissorları şöbəsinin müdirinə hesabat verir.

 Vizual materiallar hazırlamaq üçün komputer proqramlarından istifadə edən yaradıcı peşəkardır.

 Vəzifə öhdəlikləri 

 Montajın bədii və texniki keyfiyyətini təmin etmək; 

 Təqdim olunan bütün materialları yoxlamaq, ayrı-ayrı dublların defektini aşkara çıxarmaq; 

 Hər bir süjetin gedişində montajın operativ hazırlığını təmin etmək; 

 Musiqi aksentinin sinxronlaşdırılması üçün fonoqrama formasında gedən quraşdırılmış süjetlərdə baş verən kənarlaşmalar barədə rəhbərliyə xəbər vermək; 

 Bütün səs materiallarının montajını həyata keçirmək; 

 Hazır proqramın son versiyasını nəzərdən keçirmək; 

 Mürəkkəb montaj texnikasında və kompüterdə işlər görmək.

Tələblər: 

 Tv verilişlərin, reklam və sosial çarxların peşəkar montajı; 

 Montajın edilməsi üzrə təlimat və normalar haqqında biliklər; 

Adobe After Effect, Illustrator, Photoshop, Adobe Premiere, proqramlarının hər hansı birində işləmə bacarığı; Bilik və bacarıqlar: 

Unikal, maraqlı və cəlbedici dizaynlar yarada bilmə bacarığı; 

Detallara diqqətli yanaşmaq; 

 Sosial media platformaları və alətlərindən xəbərdar olmaq. 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Qeyd edilən tələblər sizə uyğundursa, komandamıza qoşulun!
"Montaj rejissoru" qeyd etməklə CV-nizi [email protected] ünvanına yollaya bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az