Mühasib (Əmək haqqı üzrə) vakansiyası

Vəzifə: Mühasib (Əmək haqqı üzrə)


Namizəd üçün tələblər:
-Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə);
-Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
-Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
-Yaş: 25-40
-Kompüter bilikləri: MS Office, BTP və 1C mühasibatlıq proqramından istifadə bacarıqları;
Vəzifələr:
-Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
-Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
-Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
-DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
-Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
-Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
-Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.
-İş qrafiki: 5 günlük iş qrafiki
-Əmək haqqı: 1100-1300 manat (müsahibə əsasında təyin olunacaq) 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mühasib (Əmək haqqı üzrə)” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az