Rabitabank ASC Bank Proqramları departamentinin, Məlumatların idarə edilməsi şöbəsinə kiçik mütəxəssis\mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- “DWH-ın (Vahid Məlumat anbarı) yaradılmasını”məlumat modelinin qurulmasını, məlumatların analiz olunmasını, habelə təmizlənməsini təmin etmək və ya prossesdə iştirak etmək;
- Hesabatların hazırlanması və avtomatlaşdırılması;
Namizədə olan tələblər:
- Mürəkkəb SQL sorğular yaza bilmək bacarığı;
- Ən azı bir BI aləti ilə işləmə təcrübəsi;
- Ən azı DWH və ETL konseptləri haqqında məlumatlı olmaq (Daha dərin biliklər üstünlükdür);
- Bank sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Apache Ariflow üzrə təcrübənin olması üstünlükdür;
- Linux əməliyyat sistemində və konteyner texnologiyaları ilə işləmə təcrübəsi üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
- Komanda və fərdi şəkildə işləmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23.07.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumatların idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi\mütəxəssisi” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur