
Uşaqlarda nitqin inkişaf prosesi
İnsanda nitqin inkişafı doğulduğu gündən başlasa da təlim-tədris prosesində davam edir. Bəlli yaş dövründə isə tam formalaşır. Tam formalaşır sözü şərtidir. Bu hər yaş dövrünə görə dəyişir.
Bu bacarığın doğru formada formalaşması üçün ilk növbədə körpənin artikulasiya aparatının düzgün inkişafına dəstək olmaq lazımdır.
Ana südü ilə qidalanan körpələr “əmmə” bacarığına yiyələnir. Bu bacarıq artikulyasiya aparatının inkişafının ilk mərhələsidir. 2-ci bacarıq “çeynəmə” qabiliyyəti isə körpənin 6 ayından etibarən yaranmağa başlayır. “Əmmə” və “çeynəmə” qabiliyyəti uşaqlara dilindən, dişindən doğru istifadə etmə bacarığı öyrədir. Çiynəməyi bacarmayan uşaq təbii ki, vaxtında və düzgün danışa bilməz. Təbii olaraq loqopedik problemləri yaranar.
Bütün bunları nəzərə alaraq analar övladlarını bərk qidaları yeməyi zamanında öyrətməli, əmzikdən istifadəni zamanında məhdudlaşdırmalıdırlar. Çünki, əmzik nitqi ləngidən təhlükəli vasitədir.
II mərhələ lüğət fondunun yaradılması və artırılmasıdır. Beləki;
Kiçik yaşlı uşaqlarda görmə yaddaşı daha iti olduğu üçün həm evdə, həm də məktəbəqədər təlim-tədris prosesində “şəkil üzrə iş” daha məqsədə uyğun hesab olunur. Çünki, rəngli şəkillər körpənin diqqətini daha tez cəlb edir.
Uşaq bu və ya digər nağılı səsli formada dinlədikdə sujet və qəhrəmanlar o qədər də yaddaşında qalmır. Amma həmin nağılı ardıcıl şəkillər əsasında uşağa danışsaq zamanla nağılı özü də nəql etməyə başlayacaq.
“Şəkillər üzərində iş” üsulu yaşa görə dəyişir. Məsələn:
2-3 yaşlı uşaqlarla iş zamanı daha az şəkildən ibarət təsvirlərdən istifadə etmək lazımdır. Uşaqlar şəkilə baxaraq gördüyü təsvirləri adlandırmağı bacarmalıdırla.
3-4 yaşlı uşaqlar şəkildə gördüyü təsvirləri adlandırmaqla yanaşı nə üçün?, necə? istifadə olunduğu barədə infarmasiya da verməyi bacarmalıdırlar.
4-5 yaşlı uşaqlar şəkildə gördükləri təsvirlər əsasında 2-3 sözdən ibarət cümlə qurmağa bacarmalıdırlar.
5-6 yaşlı uşaqlarla iş zamanı isə sujetli şəkillərdən istifadə daha məqsədə uyğundur. Müəllim suallar əsasında uşaqdan şəkildə nə baş verdiyini soruşur.
Suallar bitdikdən sonra onu şəkildə gördüklərini öz sözləri ilə danışmağa təşviq edir.
Şəkillərin müqayisəli formada şərhidə effektiv üsuldur.
Uşaq şəkil üzrə nağıl etmə bacarığından ilk öncə şəkildə gördüyü təsvirləri doğru tələffüz etməyi də öyrənir.
Bu ardıcıl, sadədən mürəkkəbə doğru inkişaf edən proses zamanla uşağın lüğət fondunu artırır. Nitqini zənginləşdirir. Fikir və hisslərini doğru söz və cümlələr seçərək ifadə etməyi öyrədir.
Əfsanə İspəndiyarova (Əfsanə Laçın)
Kaspi uşaq bağçası Ağ şəhər filyalı- Baş müəllim / uşaq yazıçısı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur