Cümə axşamı, 4 Sentyabr, 2025

"Media Lens" layihəsinə qeydiyyat başladı (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 22 Aprel, 2023 - 17:21
"Media Lens" layihəsinə qeydiyyat  başladı (ÖDƏNİŞSİZ)

Baku Community Space tərəfindən həyata keçirilən “Qadın Liderlik Məktəbi” proqramının Media komandası sizi “Media Lens” təlim proqramında iştiraka dəvət edir!

 Layihəni həyata keçirməkdə əsas məqsəd jurnalistlərə və media işçilərinə gender əsaslı mövzularda olan xəbər başlıqları və məzmunlarını neytral, qərəzsiz - professional şəkildə yazmaqlarına dəstək olmaqdır.

 Layihəyə Bakıda yaşayan, 18-35 yaş aralığında olan jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, məzunlar və media işçiləri müraciət edə bilərlər. Seçilən iştirakçılarla “Jurnalistikada etik məsələlər”, “Media auditoriyaya necə təsir edir?”, "Mətbuatın seçdiyi dil niyə önəmlidir?”, “Mediada rəqəmsal storytelling” və digər mövzular üzrə təlimlər keçiriləcəkdir və iştirak ödənişsizdir.

Təlimlər sosial və media sahələrindən olan ekspertlər tərəfindən Azərbaycan dilində keçiriləcəkdir. Layihənin sonunda aktiv iştirakçılara sertifikat və əl əməyi hədiyyələr təqdim ediləcək.

 Proqram müddəti: 1 ay ərzində həftə sonları olmaqla 6 gün, saat 10:00-13:00 saat aralığında keçiriləcəkdir.

 Müraciət üçün son tarix: 25 aprel 2023, saat 23:59.

Qeydiyyat linki: https://shorturl.at/zFKOW

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 254
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8100
Sumqayıt Dövlət Univ...