Çərşənbə, 6 Avqust, 2025

"Sağlam həyat vərdişləri" mövzusunda yay məktəbi keçiriləcək


  • Dərc edildi: 12 İyul, 2023 - 20:58
"Sağlam həyat vərdişləri" mövzusunda yay məktəbi keçiriləcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə 20-26 avqust tarixlərində Qazax Olimpiya Kompleskində "Sağlam həyat vərdişləri" mövzusunda yay məktəbi keçiriləcək.
Yay məktəbinin proqramı sağlam həyat vərdişlərini aşılayan idman, sağlam həyat tərzi, sosial və rəqəmsal bacarıqlar üzərində qurulub.
Yay məktəbində iştirakla bağlı bütün xərclər GİN tərəfindən qarşılanacaq. Proqrama ASAPES tələbələri ilə yanaşı digər universitetlərdən olan tələbələr də müraciət edə bilərlər.
Müraciət üçün tələb olunan şərtlər aşağıdakılardır:
- 17-25 yaş aralığında olmaq
- I-IV kurs bakalavr tələbəsi olmaq
- ən azı 75 ÜOMG (ümumi orta müvəffəqiyyət göstəricisi) təqdim etmək
- və qeydiyyat formunu doldurmaq

Yay məktəbinə qeydiyyat və ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz:
https://lnkd.in/earc_USJ

Qeyd: İştirak haqqı qazanmış tələbələrə avqustun ilk həftəsində məlumat göndəriləcək.

Müraciətlərinizi səbirsizliklə gözləyir və qeydiyyatdan keçən hər kəsə uğurlar arzu edirik!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5813
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1084
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 394
“İnnovativ məktəb” l...