15-ci Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi

15-ci Yaponiya Beynəlxalq Manqa Müsabiqəsinə müraciətləri açıq elan edirik!

Müraciət üçün son tarix: 2 iyul, 2021-ci il    saat 17:00-dək
Müraciət üsulu: Müraciət üçün gərəkli olan sənədləri (Excel formatında “Müraciət forması” və PDF formatında “Manqa əsəri nümunəsi) Yaponiya səfirliyinin aşağıda qeyd olunan mail ünvanına elektron formatda göndərməyiniz gərəkdir.

Mail ünvanı: [email protected]

Qeyd: Bu zaman mailin həcminin 10 MB-dək olmasına fikir verməyiniz xahiş olunur. Mailin həcmi 10 MB-dan çox olarsa, bir neçə mailə bölərək göndərməyiniz və ya bizimlə məsləhətləşməyiniz xahiş olunur.
Bütün suallarınızı bu mailə yönləndirə bilərsiniz.

Yarışma haqqında ətraflı məlumat almaq üçün bu linkə (ingilis dilində / yapon dilində) nəzər sala bilərsiniz.

Müraciət üsulları və qaydaları haqqında daha ətraflı ( ingilis dilində  yapon dilində)

Müraciət üçün gərəkli sənədlər:

  1. Müraciət Forması (Application Form) – EXCEL formatında
  2. Manqa əsəriniz– PDF formatında

Bir cavab yazın

Back to top button