Bazar ertəsi, 23 İyun, 2025

"Dastana dönən səs" adlı musiqili yarışmanın qeydiyyat mərhələsinə başlayır


  • Dərc edildi: 18 Yanvar, 2024 - 17:30
"Dastana dönən səs" adlı musiqili yarışmanın qeydiyyat mərhələsinə başlayır

Əziz gənclər!  Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə, istedadlı gəncləri tanımaq və cəmiyyətə tanıtmaq məqsədilə möhtəşəm layihəyə start veririk!! 

2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş, öz səsi ilə hərkəsin dillərinə düşərək dastana dönmüş Vətən müharibəsi qəhrəmanı, şəhidimiz Xudayar Yusifzadənin əziz ruhuna ithafən "Dastana dönən səs" adlı musiqili yarışmanın qeydiyyat mərhələsinə başlayırıq 

Yarışmanın şərtlərinə əsasən ilk öncə 1 həftə davam edəcək qeydiyyat mərhələsindən sonra, namizdlər seçim turuna dəvət alacaqlar. Seçim turunda, gənclərimiz hakim olduqları milli mahnıları ifa edərək böyük final uğrunda daha sonra isə uğurlu olan 15 ifaçı isə final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar 

Qalib olacaq şəxslər Azərbaycan Respublikasının dahi sənətkarları olan dəyərli münsiflərimiz Sabir Məmmədov, Teymur Əmrah, Gülyanaq Məmmədova tərəfindən iştirakçılar arasından tam şəffaf şəkildə seçiləcəkdir 

Qeyd etmək istəyirik ki, ilk 3 yerin sahibinə dəyərli və möhtəşəm hədiyyələrimiz olacaqdır 

Tədbirimiz 04.02.2024-cü il saat 15:00-da başlayacaqdır

İstedadınızı göstərməyinizin tam vaxtıdır 

İştirak ödənişsizdir. 

Qeydiyyat linkimiz: 

https://docs.google.com/forms/d/14lDGBhsLy_K043I_J4fdtXILDLn6tHVMZONOwmTUl3Q/edit

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 139
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 770
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 188
Sertifikatlaşdırmada...