Cümə axşamı, 21 Avqust, 2025

ÖDƏNİŞSİZ “Əsas Həyat Bacarıqları” (BLS) layihəsinin 14-cü proqramına qeydiyyat artıq başladı


  • Dərc edildi: 9 Avqust, 2024 - 17:05
ÖDƏNİŞSİZ “Əsas Həyat Bacarıqları” (BLS) layihəsinin 14-cü proqramına qeydiyyat artıq başladı

Əziz gənclər!

“Əsas Həyat Bacarıqları” (BLS) layihəsinin 14-cü proqramına qeydiyyat artıq başladı! 

 

Bu layihə, gənclərin şəxsi inkişafını dəstəkləyərək gələcəkdə daha güclü və müvəffəqiyyətli fərdlər olmaqlarına yardım edəcək. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNICEF-in birgə tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilən bu layihə sizin üçün əvəzolunmaz bir təcrübə ola bilər!

 Layihə çərçivəsində sizi nə gözləyir?

 16 təlim: Ən vacib mövzulara dair dərin təlimlər

 “Energize” seansları: Enerjinizi artıracaq və motivasiyanızı gücləndirəcək

 İnteraktiv oyunlar: Əyləncəli və öyrədici oyunlar

Komanda oyunları: Birlikdə işləməyin, ünsiyyətin və liderliyin təcrübəsi

Praktiki tapşırıqlar: Nəzəriyyəni praktikaya çevirmək imkanı

 Təlim mövzuları:

 Özünə hörmət: Sağlam özünüqavrayış formalaşdırmaq

 Şəxslərarası ünsiyyət bacarıqları: Səmərəli və effektiv ünsiyyət yolları

Düşünmə bacarıqları: Kritik və yaradıcı düşünmə texnikaları

Və daha çox...

 Layihənin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.

Əsas şərtlər:

 Layihədə 17-21 yaş arası gənclər iştirak edə bilər.

 Yalnız 16 nəfər seçiləcək!

 Tələsin, yerlər məhddur! İştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır!

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1gjQ1QP7jN8Z9Oh4zx2Cg5lo6fd8WF5Cx_TrLoqVv_ao/edit

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 21
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...