reklam

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Hörmətli həmkarlar!

Sizi, AR Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar tədbirlər planı çərçivəsində (14 Dekabr 2022-ci il, əmr № F-709) Neft və Qaz İnstitunda “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik. Konfrans 23-26 may 2023-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.

Konfrans neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər üçün nəzərdə tutulub.

Konfransın elmi sessiyaları və mövzuları:

- Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev və Azərbaycanda neft-qaz sənayesinin inkişafı üçün neft-qaz strategiyası;

- Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi;

- Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları;

- Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası.

Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” mövzusunda elmi forumun keçirilməsi nəzərdə tutulur.

Konfrans haqqında daha ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə etmək olar.

Konfrans üçün tezislərin qəbulu artıq başlamış və 15 aprel 2023-cü il tarixinədək davam edəcəkdir. Konfransın rəsmi dilləri: azərbaycan, ingilis və rus dilidir. Məruzənin genişləndirilmiş tezisi bu dillərdən birində yazılmalı və konfransın rəsmi internet saytından https://conference.ogi.az/ qeydiyyatdan keçərək göndərilməlidir. Tezis təklif olunan şablonda tərtib edilməli və 4 səhifədən ibarət olmalıdır. Azərbaycan, ingilis və rus dillərində şablonları konfransın saytından endirmək olar. Tezis annotasiya, açar sözlər, və strukturlaşmış əsas mətn (giriş, metod və/və ya nəzəriyyə, müzakirə və nəticə bölmələri olmaqla) formasında tərtib edilməlidir. Tezisə ən azı 1 şəkil əlavə etmək mütləqdir. Tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı yerləşdirilməlidir. Tezislərin tərtibatı haqqında daha ətraflı məlumat şablonda yerləşdirilmişdir.

Tezislərin göndərilməsi zamanı problem yarandıqda konfransın təşkilat komitəsi ilə əlaqə saxlamağınızı xahiş edirik. E-mail: conference.ogi.@gmail.com, [email protected] ; tel.: +99412 493 67 51, +99412 498 12 83.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az