Bazar ertəsi, 14 İyul, 2025

Tələbə və gənc tədqiqatçıların diqqətinə


  • Dərc edildi: 21 Fevral, 2023 - 15:48
Tələbə və gənc tədqiqatçıların diqqətinə

SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfranslarına tezislərin qəbulu üçün qeydiyyat müddəti uzadılıb.

Tezislərin qəbulu üzrə son qeydiyyat tarixi belədir:

• yerli tələbə və gənc tədqiqatçılar üçün 6 mart 2023-cü il, saat 23:59,

• xarici ölkə universitetlərinin müraciətçiləri üçün 31 mart 2023-cü il, saat 23:59-dək.

▪️Bundan əlavə, xarici ölkə universitetlərindən müraciət edənlər üçün hər konfrans üzrə 2 nəfərə (ümumilikdə 6 yer) BANM-in Tələbə evində ödənişsiz qonaqlama imkanı yaradılacaq.

 

Keçiriləcək konfranslar aşağıdakılardır: 

 

 “Neft-qaz geologiyası və mühəndisliyi” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı. Konfrans 12-13 aprel tarixlərində keçiriləcək.

 

Konfransla bağlı daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:

 

 https://www.bhos.edu.az/conference/2260

 

 

18-19 aprel tarixlərində “Rəqəmsal transformasiya-2023” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək. 

 

Konfransla bağlı aşağıdakı link vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür: 

 

https://bhos.edu.az/conference/2262

 

25-26 aprel tarixlərində “Dayanıqlı kimya və Kimya mühəndisliyinə doğru:Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.

 

Daha ətraflı aşağıdakı link vasitəsilə məlumat əldə edə bilərsiniz: 

https://bhos.edu.az/conference/2261

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 3957
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 174
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 133
Məktəbəhazırlıq qrup...