Bazar ertəsi, 2 İyun, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur


  • Dərc edildi: 14 Yanvar, 2025 - 10:39
Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə dərs cədvəlinin qurulması və auditoriyaların idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur. 

 

 

Tələblər:

 

• Ali təhsil;

• Təhsil sahəsində minimum 1 il iş təcrübəsi;

• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dili arzuolunandır);

• Microsoft Office proqramları (Word, Excel, Power Point) və digər analitik proqramlardan istifadə bacarığı;

• Elektron sistemlərdən istifadə bacarığı;

• Kommunikasiya bacarıqları;

• Yaxşı təşkilatçılıq və analitik düşünmə.

 

Vəzifə öhdəlikləri:

 

· “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını bilmək;

· Universitetin bakalavriat və magistratura təhsil səviyyələri üzrə illik işçi tədris planlarına uyğun olaraq tədris yüklərinin yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması;

· Qruplar, fənlər, auditoriyalar və kafedralarda tədris edən müəllimlər barədə baza məlumatların elektron sistemə daxil edilməsi;

· İllik tədris yükü əsasında dərs saatlarının elektron sistemə daxil edilməsi, bu zaman meydana çıxan problemlərin və çatışmazlıqların aşkar edilməsi, müvafiq strukturlara məlumat verilməsi və düzəlişlərin təmin edilməsi;

· Dərs cədvəllərinin (bakalavriat, magistratura səviyyələri və həmçinin, yay semestri üzrə) universitetin daxili qaydalarına uyğun olaraq tərtib edilməsi və koordinasiya olunması;

· Mühazirə, seminar və laboratoriya dərsləri üçün auditoriyaların müəyyənləşdirilməsi və onların resurslardan səmərəli istifadə olunmaqla bölüşdürülməsi;

· Dərs cədvəllərinin müəyyən edilmiş vaxtda fakültələrə və kafedralara göndərilməsi;

· Gözlənilməz dəyişikliklər zamanı dərs cədvəlində müvafiq düzəlişlərin edilməsi, vaxtında müəllimlərə və fakültələrə çatdırılması;

· Şikayət və təkliflərin toplanması, təhlil edilməsi və onların əsasında cədvəllərin təkmilləşdirilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 27.01.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 27
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 105
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 144
Lisey və gimnaziyala...