Cümə axşamı, 3 İyul, 2025

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start verilir


  • Dərc edildi: 18 Mart, 2023 - 11:01
“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start verilir

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start verilir

 

Martın 17-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start veriləcək.  

 

Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin  qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir. 

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında iki yaş qrupunda (9-13 yaş və 14-17 yaş) aşağıdakı nominasiyalar üzrə keçirilir: 

  • videoçarx nominasiyası;
  • foto nominasiyası.


Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:  

 I mərhələ – 17 mart – 24 aprel tarixlərini əhatə edir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlər, foto və videoçarxlar müsabiqənin  təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərilməlidir. 
 

II mərhələ – 5 – 15 may tarixlərini əhatə edir. Təqdim edilən işlər münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir. 
 

Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılar Elm və Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 123
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 57
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 241
Məktəbəhazırlıq qrup...