Çərşənbə axşamı, 5 Avqust, 2025

ICYSSR 2023: Beynəlxalq konfransa məqalə qəbulu davam edir


  • Dərc edildi: 5 Fevral, 2023 - 14:47
ICYSSR 2023: Beynəlxalq konfransa məqalə qəbulu davam edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçısı olduğu “International Conference of Young Social Science Researchers 2023” (ICYSSR 2023) adlı beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.

Konfrans 26-27 may 2023-cü il tarixlərində hibrid formada keçiriləcək.

Məqalə qəbulu üçün son tarix 10 aprel tarixədəkdir.

Konfransın elmi və inzibati heyətində 15 ölkədən və 32 təşkilatdan alimlər yer alır. Konfransa onlayn formada göndərilən məqalələrin (https://www.erc-unec.com/icyssr-submission) ikitərəfli anonim rəyçilik prinsipi əsasında qiymətləndirilməsi aparılacaq. Konfrans çərçivəsində gənc tədqiqatçılara elmi məqalə yazılması ilə bağlı 6, 8 və 10 fevral tarixlərində ödənişsiz onlayn vörkşoplar keçiriləcək.

Konfransın işçi dili ingilis dilidir və hər il keçirilməsi planlaşdırılır. Konfrans Scopus indeksli nəşrlər də daxil olmaqla, nüfuzlu jurnallarda məqalə nəşr etdirmək niyyətində olan gənc tədqiqatçılara çoxsaylı imkanlar yaradır. Konfransla bağlı ətraflı məlumat rəsmi internet səhifəsindən (https://www.erc-unec.com/icyssr-2023) əldə etmək olar.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5735
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1049
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 374
“İnnovativ məktəb” l...