
Qrafik Dizayner vakansiyası
Qrafik Dizayner sahəsində təcrübə və bacarıqlarınızla fərqlənirsinizsə, peşəkar fəaliyyətinizi şirkətimizdə davam etdirmək istəyirsinizsə, sizi dəyərli və peşəkar komandamıza qoşulmağa dəvət edirik!
Vakansiya: Qrafik Dizayner
Vəzifələr öhdəlikəri:
- Ənənəvi marketinq kanalları üçün vizualların hazırlanması;
- Infoqrafika, 2D və 3D qrafika, video qrafik kompozisiyaların hazırlanması;
- Kampaniyalar, sosial media paylaşımları və digər məzmunların hərəkətli vizuala çevrilməsi;
- Çap materiallarının dizaynı və çapa hazırlığının təmin edilməsi;
- SMM postları üçün qrafik dizaynların hazırlanması;
- Şirkətin üslubuna uyğun qrafik dizaynların işlənməsi;
- Veb-saytlar, sosial media platformaları və rəqəmsal kanallar üçün dizaynların hazırlanması;
- Promo və poliqrafiya məhsullarının dizayn edilməsi;
- Banner, vinil, vizitka, buklet, flayer, kataloq, loqo, etiket və s. dizaynlarının hazırlanması;
- Video materialların, reklam və sosial çarxların montaj edilməsi.
Tələblər:
- Ali təhsil;
- Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Adobe Premiere, After Effects, Photoshop, Illustrator, InDesign proqramları üzrə yüksək biliklər;
- Brandbookla işləmə təcrübəsi;
- 3D qrafika, animasiya və hərəkətli qrafik videoların hazırlanması bacarığı;
- Reklam materiallarının istifadə qaydalarına dair biliklər;
- İşlərin vaxtında və operativ şəkildə yerinə yetirilməsi;
- Mətbəə ilə iş, illustrasiya və vizualların istifadəsi üzrə təcrübə.
İş şərtləri:
- Əmək haqqı: 800-1300 AZN (namizədin təcrübəsinə əsasən müəyyən edilir);
- İş qrafiki: Həftə içi 5 gün, 08:00-17:00.
Biz təklif edirik:
- Müasir, dinamik və səmərəli iş mühiti;
- Karyera və fərdi inkişaf imkanları.
Əgər Qrafik Dizayner kimi inkişaf etmək və şirkətimizə dəyər qatmaq istəyirsinizsə, CV -nizi “Qrafik Dizayner” başlığı ilə [email protected] ünvanına göndərin!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur