Şənbə, 23 Avqust, 2025

“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsi yekunlaşıb


  • Dərc edildi: 19 Mart, 2025 - 17:08
“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsi yekunlaşıb

“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsi yekunlaşıb

 

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş “Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə məktəb rəhbərliyi, təhsil sektorunun əməkdaşları və müəllimlər iştirak ediblər.

Layihə rəhbəri çıxış edərək qeyd edib ki, layihə çərçivəsində seçilmiş fizika müəllimlərinə 10 mövzu üzrə simulyasiyalar və interaktiv rəqəmsal resurslar vasitəsilə dərslərin təşkili ilə bağlı dərs proqramları və kurrikulum materialları hazırlanıb. Müəllimlərə 5 gün ərzində PHET simulyasiyasından istifadə edərək dərslərin təşkili və dərs vəsaitlərinin hazırlanması üzrə praktiki təlimlər keçirilib. Təlimlər zamanı müəllimlər simulyasiyalar, müəllim tövsiyələri və praktiki məşğələlərdən istifadə qaydaları ilə tanış olub.

Təlimləri uğurla başa vuran müəllimlər, rəqəmsal resurslardan istifadə edərək interaktiv dərslərin təşkilini əhəmiyyətli dərəcədə bacarıqlarını artırıblar. Layihə çərçivəsində məktəbdə “İnteraktiv fizika dərnəkləri” təşkil edilib. Həftədə bir dəfə olmaqla, üç fərqli sinif üçün iki ay müddətində 8 dərs keçirilmiş və ümumilikdə 24 dərs baş tutub. Bu dərslər zamanı hazırlanmış dərs proqramları, kurrikulum və PHET platformasında tərcümə edilmiş simulyasiyalar istifadə olunub.

Layihənin məqsədi, PHET interaktiv simulyasiya platforması vasitəsilə fizika dərslərini daha interaktiv və anlaşılan etmək, həmçinin, müəllimlər üçün xüsusi təlimatlarla simulyasiyaların tədris prosesinə inteqrasiyasını sadələşdirməkdir.

Qeyd edək ki, layihə Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə Şəbnəm Məmmədova tərəfindən icra olunub.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 398
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7273
Sumqayıt Dövlət Univ...