14 Fevral 13:03

“166 Təmizlik Xidməti” sizi “Təmiz Təbiət” layihəsinin bir parçası olmağa dəvət edir

“166 Təmizlik Xidməti” sizi “Təmiz Təbiət” layihəsinin bir parçası olmağa dəvət edir.

👉 Layihənin məqsədi Bakı və respublikamızın digər rayonlarında təbiətin müxtəlif sənaye məhsullarından və məişət tullantılarından təmizlənməsi, eyni zamanda gənclər arasında ekoloji problemlərin müzakirə olunması, Azərbaycan təbiəti və onun qorunmasının vacibliyi haqqında müvafiq təlimlərin keçilməsi və maarifləndirmə işlərinin aparılması ilə təbiətin qorunmasına qarşı həssas nəsillərin yaradılması və respublikamızda təbiətin qorunmasına olan diqqətin artırılmasıdır.

“Təmiz Təbiət” layihəsi sizə qazandıracaq:

🔰 Rayonlara səyahət ( Ödənişsiz nəqliyyat)
🔰 Aktiv və səmimi dostlar
🔰 Komandada işləmək bacarığı
🔰 Açıq havada keçirilən tədbirlərində iştirak
🔰 Unudulmaz və əyləncə dolu bir gün
🔰 Ekologiya mövzusunda keçiriləcək təlimlərdə ödənişsiz iştirak
🔰 İdarəetmə qabiliyyəti ilə seçilən gənclərə dəstək məktubları və xasiyyətnamə.

⚠ Layihədə iştirak etmək üçün qeydiyyat formunu doldurmağınız kifayətdir.
https://goo.gl/forms/HwvhLwBCcioB3Is32

⛔ Son müraciət tarixi: 05.03.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)