17-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi (İştirak üçün qeydiyyat)

Yaponiyanın Azərbaycandakı Səfirliyi Yaponiya Fondu və Bakı Dövlət Universiteti ilə birlikdə 17-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirməyi planlaşdırır. Müsabiqə üçün iştirakçıların qeydiyyatı və seçimi aşağıda qeyd olunmuş qaydada həyata keçiriləcəkdir.
Yapon dili öyrənən bütün şəxslərin öz yapon dili bacarıqlarını nümayiş etdirmək üçün gözəl bir şans olduğunu düşünür və çoxlu sayda iştirakçıları müraciət etməyə çağırırıq.

<17-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi haqqında>
Tarix: 29 sentyabr(şənbə)(saatı dəqiqləşdiriləcəkdir)
Məkan: Bakı Dövlət Universiti
Təşkilatçılar: Yaponiya Fondu,Bakı Dövlət Universiteti, Yaponiyanın Azərbaycandakı Səfirliyi
İştirak hüququ: (1)「Universitet tələbələri」
Müsabiqədə iştirak üçün müvafiq yapon dili səviyyəsi olan və Azərbaycanda təhsil alan tələbələr(※Magistr tələbələrini çıxmaq şərtiylə). Yapon dili ana dili olmayan, Yaponiyada 90 gündən artıq olmayan tələbələr. Eləcədə keçmiş Moskva Natiqlik Müsabiqəsində iştirak etmiş və 6 yerdən birini tutmayan şəxslər.
(2)「Uşaqlar」
18 yaşından aşağı olan Azərbaycan məktəbliləri (Universitet tələbələrini çıxmaq şərti ilə)
İştirakçıların seçimi: Yaponiya Fondunun Azərbaycana təyin etdiyi yapon dili tədrisi mütəxəssisi müraciətçilərin yapon dilindəki nitqlərinin hazır mətni və ya ilkin versiyasını (ən azı 500 simvol olmaq şərtiylə) yoxlayıb, müsabiqənin iştirakçılarını seçəcəkdir. Nitqin mətnini və ya ilkin versiyasını avqustun 10-na kimi təhfil verməyiniz xahiş olunur.
İştirakçıların seçim kriteriyası: nitqin yapon dilində dil səviyyəsi və məzmunu. İştirakçıların mənsubiyyətinin seçimlərə heç bir aidiyyatı olmayacaqdır.
Digər: Müsabiqənin qalibi oktyabr ayında keçiriləcək Moskva Yapon dili Natiqlik
Müsabiqəsində iştirak hüququ qazanacaqdır.
Əməkdaşlıq və yardım edəcək qurumlar: hələ dəqiqləşdirilməmişdir

<Müraciət qaydası> ※Müraciət üçün son tarix: 22 iyul (Bazar günü )
Aşağıda qeyd olunmuş mail ünvanına 1-ci bənddən 5-ci bəndə qədər olan məlumatları göndərməyiniz xahiş olunur:

Müraciət üçün mail ünvanı: [email protected]
1. Ad, familiya
2. Əlaqə nömrəniz
3. Mənsubiyyət (hansı universitet)
4. Yaşınız
5. Cinsiniz

※ Müsabigənin gedişatı haqqında yalnız müraciət edən şəxslərə fərdi şəkildə məlumat verəcəyik.

Bir cavab yazın

Back to top button
Close