Cümə axşamı, 21 Avqust, 2025

“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilir


  • Dərc edildi: 25 Oktyabr, 2022 - 18:18
“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilir

“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilir.

 

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının təşkilati dəstəyi ilə “Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verir.

Layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir. 

Layihə çərçivəsində Bakı şəhərində 4 gün 30 nəfərə yaxın gənc iştirakçılara yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər və praktiki məşğələlər təşkil olunacaqdır. Görüşlərdə təcrübəli ekspertlər iştirak edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. 

Müraciət üçün son tarix: 10 noyabr 2022-ci il saat 18:00

Ərizə forması: https://forms.gle/SkKXVXsx8oyNA4oB9

Əlaqə vasitəsi: [email protected] 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...